Bank Of Baku

İRİA sədri: Gələn ildən texnoparka qeydiyyat prosesi sadələşdirilmiş formada həyata keçiriləcək

Fərid Osmanov

© APA | Fərid Osmanov

# 29 oktyabr 2026 12:39 (UTC +04:00)

2027-ci il yanvarın 1-i tarixindən texnoparka qeydiyyat prosesi sadələşdirilmiş formada həyata keçiriləcək.

“APA-Economics” xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri Fərid Osmanov texnologiya və innovasiya sahəsində qanunvericilik dəyişikliklərinə həsr olunmuş media brifinqində bildirib.

Onun sözlərinə görə, texnoparka qeydiyyatdan keçən müəssisələr, İKT müəssisələri 20 il müddətinə vergi, gəlir, mənfəət, dividend, əmlak və torpaq vergilərindən azad olunacaq:

“Burada başlıca məqsədimiz ölkədə İKT sektorunun daha da gücləndirilməsi, ölkəmizdə qeyri-neft sektorunun şaxələndirilməsi və ölkəmizdə İKT müəssisələrinin daha çox investisiya cəlb etməsi ilə yanaşı, ölkəmizin İKT ixracının təşviqi istiqamətində əlverişli mühitin formalaşdırılmasıdır”.

O vurğulayıb ki, formalaşdırılmış qanunvericilik mühiti texnoparkda qeydiyyat proseslərinin sadələşdirilməsini və onun əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur. Belə ki, proqram təminatı və sistem inteqrasiyası ilə yanaşı, kibertəhlükəsizlik, süni intellekt, əşyaların interneti (IoT), robototexnika, data analitikası, eləcə də İKT üzrə təlim və konsaltinq xidmətlərinin ixracı ilə məşğul olan şirkətlərin də texnopark rezidenti olması təsbit ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR