Bank Of Baku

Azərbaycanın Xalq yazıçısı Anar haqqında film çəkilir

Azərbaycanın Xalq yazıçısı Anar haqqında film çəkilir
# 20 iyun 2008 09:46 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Xalq yazıçısı Anarın həyat və yaradıcılığından bəhs edən sənədli film çəkilir. Filmin rejissoru, xalq artisti Ramiz Həsənoğlu APA-ya açıqlamasında ssenarini Yusif Şeyxovla birgə yazdığını deyib: “Film Anarın anadan olmasının 70 illiyinə həsr olunub. Tamaşaçılara yazıçının həyatının müxtəlif anları ilə yanaşı, Anarın ailə üzvləri və dostlarının fikirləri təqdim olunacaq. Filmin ilkin adı “Anar: dünən, bu gün, sabah”dır”.
20 il əvvəl çəkilən “Anarla üz-üzə” filmindən müəyyən kadrların da istifadə olunacağını deyən rejissor filmin yayda tamamlanacağını və geniş təqdimatının keçiriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR