Bank Of Baku

Opera və Balet Teatrı teatr mövsümünü iyunun sonunda başa vuracaq

Opera və Balet Teatrı teatr mövsümünü iyunun sonunda başa vuracaq
# 20 iyun 2008 12:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Opera və balet Teatrı iyunun 29-da 99-cu mövsümünü başa vuracaq. Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva APA-ya deyib ki, teatr mövsümü Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operası ilə bağlanacaq. Operada əsas partiyaları xalq artistləri Mənsum İbarhimov və Nəzakət Teymurova ifa edəcək. Bu müddət ərzində isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və aparıcı solist, əməkdar artist Əvəz Abdullayev Münxen Opera Sənəti festivalında iştirak edəcək. Festival çərçivəsində Əvəz Abdullayevin solo konserti də təşkil olunacaq. Kosnertdə Əvəz Abdullayev Üzeyir Hacıbəyov, Qara Qarayev və Fikrət Əmirovun əsərlərini səsləndirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR