Bank Of Baku

“Hökmdarın taleyi” filmi sentyabrda İstanbulda nümayiş olunacaq

“Hökmdarın taleyi” filmi sentyabrda İstanbulda nümayiş olunacaq
# 20 iyun 2008 13:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İlyas Əfəndiyevin “Hökmdar və qızı” faciəsi əsasında Elçin Əfəndiyevin ssenariləşdirdiyi “Hökmdarın taleyi” filmi İstanbulda nümayiş olunacaq. Bu barədə APA-ya “A.S.V.A Profi Studia XXI” Prodüser Mərkəzinin baş prodüseri Vaqif Əsədullayev məlumat verib. O bildirib ki, XIX əsrin əvvəlindən Azərbaycan xanlarının azadlıq mübarizəsindən bəhs edən filmin İstanbul nümayişi bu ilin sentyabrında keçiriləcək. Bununla bərabər film bu ilin oktyabrında Kazanda keçiriləck “Qızıl minbər” müsəlman filmlərinin festivalında da nümayiş olunacaq. Bu festivalda eyni zamanda Mehriban Ələkbərzadənin “Məhkumlar” bədii filmi və Ziya Şıxlinskinin “Dua” sənədli filmi də göstəriləcək. “Hökmdarın taleyi” filminin quruluşçu rejissorları Ramiz Fətəliyev və Dilşad Fatxulin, quruluşçu operatoru Dilşad Fatxulin, bəstəkarı isə Polad Bülbüloğludur. Filmdə xalq artisti Fəxrəddin Manafov həm aktyorlarla master-klasslar keçirib, həm də baş rolu - İbrahim xan obrazını canlandırıb. Filmdə Məmməd Səfa, Kamran Yunus, Vidadi Həsənov, Günəş Əliyeva, Aysu Əfəndiyeva, Yuri Bariyev, Mehriban Zəki, Sənubər İsgəndərli, Manaf Dadaşov, Muxtar İbadov, Leyli Hüseynli, Əli Cəfərov, Rusiya aktyorları Daniil Spivakovskiy, Aleksandr Qalibin, İlyar Şakunov, Tacikistan aktyoru Saydo Qurbanov və başqaları çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR