Bank Of Baku

Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi qeyd olunacaq

Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi qeyd olunacaq
# 23 iyun 2008 11:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi qeyd olunacaq. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva məlumat verib. O bildirib ki, yubileylə əlaqədar dövlət sifarişi ilə Həsənalı Eyvazlının “Araz sahilində doğan günəş” əsəri tamaşaya qoyulacaq. Bundan başqa teatrın 125 illik tarixindən bəhs edən monoqrafiya hazırlanacaq. Monoqrafiyanın müəllifi İlham Rəhimlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR