Bank Of Baku

“Kurtlar Vadisi” serialının müəlliflərindən birinin ssenarisi əsasında Azərinin ifa etdiyi “Çırpınırdı Qara dəniz” mahnısına klip çəkilir

“Kurtlar Vadisi” serialının müəlliflərindən birinin ssenarisi əsasında Azərinin ifa etdiyi “Çırpınırdı Qara dəniz” mahnısına klip çəkilir
# 23 iyun 2008 12:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Əməkdar artist Azərinin Əhməd Cavad və Üzeyir Hacıbəyovun “Çırpınırdı Qara dəniz” əsərinə çəkdirdiyi klip yaxın vaxtlarda təqdim olunacaq. Bakının işğaldan azad olunmasında əvəzsiz rol oynamış Nuru Paşaya həsr olunmuş sənədli film isə yaxın aylarda Türkiyə və Azərbaycan ictimaiyyətinə təqdim ediləcək. Asiya Dialoq İctimai Birliyi (ADİB) və Qafqaz Media Mərkəzinin icraçı direktoru, layihənin Azərbaycan üzrə koordinatoru Könül Şamilqızının sözlərinə görə, Türkiyənin Azərbaycandakı səfirliyinin elan etdiyi Nuru Paşa hərəkatının 90-cı ildönümü tədbirləri çərçivəsində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın mənəvi dəstəyi ilə həyata keçirilməkdə olan layihənin birinci mərhələsi artıq başa çatmaq üzrədir. APA-nın məlumatına görə, “Çırpınırdı Qara dəniz” klipinin çəkilişləri Türkiyədə “Sepron” firması tərəfindən Safranbolu qəsəbəsində gerçəkləşdirilib. Klipin və sənədli filmin ssenari müəllifləri Türkiyənin ən məşhur ssenari yazarlarından olan Ömər Lütfü Mete və ADİB sədri, jurnalist Sevil Nuriyevadır.
Qeyd edək ki, Ömər Lütfü Mete məşhur “Kurtlar Vadisi” serialının ssenari müəlliflərindən biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR