Bank Of Baku

Bakıda Azərbaycan və Türkiyə rəssamlarının “Qardaşlıq” adlı sərgisi açılıb

Bakıda Azərbaycan və Türkiyə rəssamlarının “Qardaşlıq” adlı sərgisi açılıb
# 23 iyun 2008 15:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Müasir İncəsənət Mərkəzində Azərbaycan və Türkiyə rəssamlarının “Qardaşlıq” adlı sərgisi açılıb. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov sərgini çox yüksək qiymətləndirdiyini qeyd edib. O bildirib ki, sərgidə iki Türkiyə rəssamı Yaşar Çallı və Əli Səngərin 16 rəsm əsərinin nümayiş etdirilir. F. Xəlilov Türkiyə və Azərbaycan rəssamlarının mütəmadi olaraq müştərək layihələr həyata keçirməsini arzulayıb. Sərgidə Azərbaycan rəssamları Ənvər Qarayev, Mirnadir Zeynalov, Səmədağa Cəfərov, Asim Səmədov, Həmzə Abdullayev, Dilarə Məcidova, Ağarəhim Əliyev, Elşən Hacızadə, Eldar Hüseynovun əsərləri nümayiş olunub. Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç F. Xəlilovun təklifini yüksək qiymətləndirib və bundan sonra bu cür tədbirlərin daha tez-tez təşkil olunacağını vurğulayıb. Rəssam Səmədağa Cəfərov Azərbaycanda açılan sərginin yaxın vaxtlarda Makedoniyada təşkil olunacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR