Bank Of Baku

Alim Qasımov “Kronos” kvarteti ilə konsert verəcək

Alim Qasımov “Kronos” kvarteti ilə konsert verəcək
# 23 iyun 2008 15:58 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Sinqapurda və ABŞ-da konsert proqramı ilə çıxış edən Azərbaycanın xalq artisti Alim Qasımov vətənə qayıdıb. Xanəndənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində ABŞ-ın “Kronos” kvarteti ilə birgə konsertin təşkili ilə bağlı razılıq əldə olunub. Konsertdə Alim Qasımov və Fərqanə Qasımovanın ifasında səslənən Azərbaycan muğamları və xalq mahnıları ilə kvartet musiqisi sintez təşkil edəcək. Layihəyə əsasən ilk konsert proqramının bu ilin sentyabrında ABŞ-da, noyabrdan başlayaraq isə dünyanın müxtəlif ölkələrində keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR