Bank Of Baku

İyulun 11-də Bakıda “Absurdistan” filminin premyerası keçiriləcək

İyulun 11-də Bakıda “Absurdistan” filminin premyerası keçiriləcək
# 24 iyun 2008 08:00 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. İyulun 11-də Bakıda Azərbaycan və Almaniyanın birgə istehsalı olan “Absurdistan” filminin premyerası keçiriləcək. APA-nın məlumatına görə, filmin təqdimatında iştirak etmək üçün alman rejissor Feyt Helmer Bakıya gələcək. Bir gün sonra isə film lentə alındığı Lahıcda nümayiş olunacaq. “Absurdistan” filminin Şəki, Mingəçevir, Gəncə və Lənkəranda da nümayişi nəzərdə tutulur. Qeyd edək ki, Moskvada keçirilmiş beynəlxalq kinofestivalda iştirak etmiş “Absurdistan” filmi lirik komediya janrında çəkilib və Asiya ilə Avropa arasında yerləşən bir məkanda baş verən romantik hadisələrdən bəhs edir. Rejissor F. Holmer 28 ölkədə kastinq keçirəndən sonra Lahıc kəndinə üstünlük verib. Filmdə Nurəddin Quliyev, Firəngiz Babayeva, Mətanət Atakişiyeva, Maks Mauf, Kristina Malerova, Nino Çxeidze və başqaları rol alıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR