Bank Of Baku

Lənkəran Dövlət Dram Teatrı Gürcüstana qastrol səfərinə gedəcək

Lənkəran Dövlət Dram Teatrı Gürcüstana qastrol səfərinə gedəcək
# 24 iyun 2008 10:01 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası iyunun 27-də Gürcüstana qastrol səfərinə gedəcək. Bu barədə APA-nın cənub bürosuna teatrın direktoru İslam Həsənov məlumat verib. Onun sözlərinə görə, yaradıcı kollektiv Üzeyir Hacıbəyovun felyetonları, hekayələri və pamfletləri əsasında teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Baba Rzayevin səhnələşdirdiyi və quruluş verdiyi “Olanlardan - keçənlərdən” komediyasının tamaşası ilə Kutaisi Dövlət Gənclər Teatrının səhnəsində çıxış edəcək. Bir həftəlik qastrol zamanı tamaşa azərbaycanlıların kompakt yaşadığı Marneuli, Qardabani, Bolnisi və Dmanisi rayonlarında da nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR