Bank Of Baku

“100 saniyəlik film” müsabiqəsi başa çatıb

“100 saniyəlik film” müsabiqəsi başa çatıb
# 24 iyun 2008 12:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Yeni Dalğa” Prodüser Mərkəzinin təşkilatçılığı ilə ilk dəfə keçirilən “100 saniyəlik film” müsabiqəsi başa çatıb. Mərkəzin direktoru Rasim Həsənov APA-ya bildirib ki, müsabiqəyə təqdim olunan 70 ssenaridən 10-u qalib seçilib və bu ssenarilər əsasında film çəkilişləri başlayıb. Müsabiqədə “Pilpilə” (rejissoru və ssenari müəllifi Tərlan Manafov), “Üşüyən ümid” (ssenari müəllifi Səbuhi Şahmurad, rejissoru Samir Qulamov), “Veriliş” (ssenari müəllif və rejissoru Adil Nəsibov), “Rəqs” (ssenari müəllifi və rejissoru Mirsadıq Ağazadə), “Gərəksiz etüdlər” (ssenari müəllifi Səbuhi Şahmurad, rejissoru Həsən Sədi), “Seqnot” (ssenari müəllifi Yelena Həsənova, rejissoru Kəmalə Rzayeva), “Part” (ssenari müəllifi İradə Səyya, rejissoru Ramiq Mehdi), “Harmoniya” (ssenari müəllifi və rejissoru Vaqif Azəryar), “Sızanaqlar” (ssenari müəllifi və rejissoru Ələkbər Əliyev) və “Yoqzi” (ssenari müəllifi və rejissoru Elçin Əsədov) ssenariləri qalib gəlib. R. Həsənov deyib ki, artıq 100 saniyəlik “Pilpilə” filmi hazırdır. Mərkəz rəhbəri filmlərin müxtəlif beynəlxalq səviyyəli müsabiqələrə göndəriləcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR