Bank Of Baku

Muxtar Dadaşovun 95 illik yubileyi münasibəti ilə tədbir keçirilib

Muxtar Dadaşovun 95 illik yubileyi münasibəti ilə tədbir keçirilib
# 24 iyun 2008 16:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün İbrus Teatrında Azərbaycanın Ñ…alq аrtisti, dövlət mükafatı laureatı, rejissor-operator Muxtar Dadaşovun 95 illik yubileyi münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, yubiley gecəsi Dövlət Film Fondunun təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev Muxtar Dadaşovun həyat və yaradıcılığından danışıb. O, Muxtar Dadaşovun 1931-ci ildə kino sahəsinə gəldiyini və operator assistenti kimi sənədli və bədii filmlərin çəkilməsində iştirak etdiyini deyib. Tədbirdə çıxış edən kinoşünas Aydın Kazımzadə Muxtar Dadaşovun filmlərinin Azərbaycan sənədli kino tarixində əhəmiyyətli yer tutduğunu vurğulayıb. “Sovet Azərbaycanı”, “Arazın o tayında”, “Səadət yolu ilə”, “Bizim Azərbaycan”, “Sabir”, “Kür”, “Əbədi qardaşıq”, “Respublikam haqqında həqiqət” sənədli filmlərin rejissor-operatoru, “Qanun naminə”, “Bakıda küləklər əsir” bədii filmlərinin quruluşçu rejissoru, “Rəqs edən bağalar”, “Kəndlilər”, “Yeni horizont”, “Vətən oğlu”, “Sualtı qayıq “T-9”, “Arşın mal alan” bədii filmlərinin operatoru olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR