Bank Of Baku

Ayasofiyada azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi təşkil olunacaq

Ayasofiyada  azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi təşkil olunacaq
# 25 iyun 2008 11:56 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. Bu gün İstanbulun məhşur Ayasofiya sarayında ilk dəfə olaraq Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi təşkil olunacaq. Bu barədə APA-ya Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Salahlı məlumat verib. Diplomat bildirib ki, Azərbaycanın İstanbuldakı konsulluğunun təşəbbüsü ilə keçirilən və Azərbaycan Demokratik Respublikasının 90 illiyinə həsr olunmuş sərgidə Türkiyənin məhşur universitetlərində dərs verən, Azərbaycanın 30-a yaxın incəsənət ustasının 50-dək rəsm əsəri sərgilənəcək. Tədbirdə İstanbulda yerləşən diplomatik korpusların, o cümlədən Azərbaycan diasporasının nümayəndələri, incəsənət xadimləri, ziyalılar iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR