Bank Of Baku

Cahangir Novruzovun quruluş verdiyi tamaşa İstanbulda böyük maraqla qarşılanıb

Cahangir Novruzovun quruluş verdiyi tamaşa İstanbulda böyük maraqla qarşılanıb
# 26 iyun 2008 11:36 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. Azərbaycanlı rejissor Cahangir Novruzovun quruluş verdiyi tamaşa İstanbulda nümayiş etdirilib. Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Salahlı APA-ya bildirib ki, Azərbaycanın xalq artisti Cahangir Novruzovun rəhbərlik etdiyi Adana teatr qrupunun səhnələşdirdiyi “Kiçik burjuylar” tamaşası böyük maraqla qarşılanıb. Rus klassikasının nümunəsi olan əsər “Duru” Kültür Evində səhnəyə qoyulub. Yerli aktyorların canlandırdığı tamaşanı hətta ayaq üstdə izləyənlər də olub. Sonda Azərbaycanın Türkiyədəki baş konsulu Səyyad Salahlı geniş tamaşaçı auditoriyası qarşısında çıxış edərək iki qardaş ölkə arasında sıx mədəni bağlılıqdan danışıb və izləyicilərə təşəkkürünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR