Bank Of Baku

Rüstəm İbrahimbəyov Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş kinossenari yazıb

Rüstəm İbrahimbəyov Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş kinossenari yazıb
# 27 iyun 2008 12:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından bəhs edən filmin ssenarisini Mədəniyyət və Turizm Nazirliyinə təqdim edib. Bu barədə APA-ya açıqlama verən R. İbrahimbəyov ssenaridə tarixi hadisələrdən, ermənilərin azərbaycanlılara qarşı törətdiyi 31 mart soyqırımından bəhs olunduğunu bildirib: “Bu ssenari əsasında keyfiyyətli film çəkilsə, həmin filmi “Oskar” mükafatına təqdim etməyi düşünürəm. Bu ssenari Azərbaycanın tarixindən bəhs edir və filmin beynəlxalq festivallara təqdim olunması zəruridir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən filmin çəkilməsi təsdiqlənsə, bu il çəkilişlərə başlayacağıq”. R. İbrahimbəyov Mədəniyyət və Turizm Nazirliyinə təqdim etdiyi digər layihənin isə Fransa ilə müştərək həyata keçiriləcəyini açıqlayıb. Bu filmin quruluşçu rejissorunun hələ müəyyənləşmədiyini bildirən ssenarist, filmdə Azərbaycan və Fransa aktyorların iştirak edəcəyini deyib. R. İbrahimbəyov Rusiyada onun ssenarisi əsasında İvan Qroznı haqqında dörd seriyalı və müasir mövzuda olan daha iki filmin çəkiləcəyini vurğulayıb. O, bu yaxınlarda “Drujba Narodov” jurnalında yeni povestinin çap olunacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR