Bank Of Baku

Turkiyədə azərbaycanlı rəssamın kitabı çıxıb

Turkiyədə azərbaycanlı rəssamın kitabı çıxıb
# 30 iyun 2008 13:07 (UTC +04:00)
Ankara. Mayis Əlizadə - APA. Türkiyənin Çanaqqala şəhərindəki 18 Mart Universitetinin müəllimi Vahid Novruzovun yeni kitabı çapdan çıxıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, kitaba onun yağlı boya, sulu boya və pastel əsərlərinin reproduksiyaları daxil edilib. Bu, V. Novruzovun Türkiyədə yaşayıb-yaratdığı 8 illik dövrün hesabatıdır. Kitaba ön söz yazan 18 Mart Universitetinin müəllimi, tanınmış Azərbaycan şairi Məmməd İsmayıl Vahid Novruzovun yaradıcılığını bu sözlərlə xarakterizə edib: “Başqa bir rəssam Çanaqqalada şöhrət qazanmaq üçün rəssamlıq yox, fotoqraflıq edərdi, hər insanın görə biləcəyi mənzərələri sənət adına nümayiş etdirərdi. Amma o, həqiqi sənətkarın görəcəyi çətin işi seçib. Vahidin hər əsəri bir-birini tamamlayan abstrakt qatlardan ibarətdir və hər tabloda bir deyil, bir neçə düşüncə gizlənir. Bu sirləri açmaq üçün iti ağıl, professional baxış lazımdır”.
Qeyd edək ki, 1964-cü ildə Tovuz rayonunda anadan olan Vahid Novruzov Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini və İncəsənət Akademiyasını bitirib. 2000-ci ildə Türkiyə tərəfinin dəvəti ilə Çanaqqala 18 Mart Universitetində işləməyə gedib. İndiyə qədər Türkiyənin müxtəlif şəhərlərində və Avropada fərdi sərgilər açıb, qrup sərgilərdə iştirak edib. V. Novruzov Türkiyədə tabloları baha qiymətə satılan bir neçə azərbaycanlı rəssamdan biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR