Bank Of Baku

Mərhum aktrisa Vəfa Fətullayevanın şəxsi fondu yaradılacaq

Mərhum aktrisa Vəfa Fətullayevanın şəxsi fondu yaradılacaq
# 30 iyun 2008 16:17 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, xalq rəssamı Nüsrət Fətullayev, onun həyat yoldaşı, SSRİ-nin xalq artisti Hökumə Qurbanova, bu cütlüyün qızı, mərhum aktrisa Vəfa Fətullayeva və N. Fətullayevin qardaşı, əməkdar artist Fateh Fətullayevin həyat və yaradıcılığını əks etdirən şəxsi arxiv sənədləri Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim olunub. Qurumun direktoru Maarif Teymurovun APA-ya verdiyi məlumata görə, sənədləri arxivə N. Fətullayevin qardaşı oğlu, musiqişünas Hafiz Fətullayev təqdim edib. M. Teymurov bildirib ki, sənədlər Azərbaycan incəsənətində xüsusi xidmətləri olan Fətullayevlərin və müasirlərinin yaradıcılığının mühüm məqamlarına aydınlıq gətirir: “Fətullayevlərə dair 1000-ə yaxın sənəd, fotoşəkil, məktub və müxtəlif məlumatlar arxivə təqdim olunub. 42 yaşında vəfat edən Vəfa Fətullayevanın həyatını əks etdirən materiallar əsasında onun ayrıca şəxsi fondunun yaradılması nəzərdə tutulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR