Bank Of Baku

Azərbaycan Dövlət Kukla Teatrı İranda keçiriləcək festivala qatılacaq

Azərbaycan Dövlət Kukla Teatrı İranda keçiriləcək festivala qatılacaq
# 01 iyul 2008 11:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi İranda keçiriləcək Beynəlxalq Kukla Teatralrı Festivalında iştirak edəcək. Teatrın rejissoru Elşad Rəhimzadə APA-ya deyib ki, festivalda teatr kollektivi “Qırmızı papaq” və “Kukla buketi” tamaşası ilə çıxış edəcək. Teatrın kollektivi avqustun 11-dən 17-dək keçiriləcək festivala ikinci dəfədir qatılır. Bundan başqa iyulun 5-də teatrda Elşad Rəhimzadənin quruluş verdiyi “Çippolino” tamaşasının premyerası keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR