Bank Of Baku

Paris, Moskva, Sankt-Peterburq və İstanbulda Azərbaycan rəssamlarının sərgiləri keçiriləcək

Paris, Moskva, Sankt-Peterburq və İstanbulda Azərbaycan rəssamlarının sərgiləri keçiriləcək
# 02 iyul 2008 09:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Paris, Moskva, Sankt-Peterburq və İstanbulda Azərbaycan rəssamlarının sərgiləri keçiriləcək. Bunu APA-ya açıqlamasında Azərbaycan Rəssamlar İttifaqının katibi Ənvər Qarayev deyib. O bildirib ki, Moskva və İstanbuldakı sərgilərdə müasir Azərbaycan rəssamlarının rəngkarlıq, qrafika, tətbiqi-sənət, heykəltərşalıq janrında yaratdıqları əsərlər nümayiş etdiriləcək. Sankt-Peterburq və Parisdə isə Azərbaycan xalçaları və dekorativ sənət nümunələri sərgilənəcək. Ə. Qarayev onu da əlavə edib ki, hazırda əsaslı təmirdə olunan Rəssamlar İttifaqının binası sentyabrın sonlarında istifadəyə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR