Bank Of Baku

Rəmişin konsertinin biletlərinin qiyməti 15-80 manat arasındadır

Rəmişin konsertinin biletlərinin qiyməti 15-80 manat arasındadır
# 02 iyul 2008 15:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İyulun 19-da Yaşıl Teatr Bakı Konsert Kompleksində tanınmış ifaçı Rəmişin konsertinin biletlərinin qiyməti açıqlanıb. Konsertin təşkilatçısı “Səs Organizathion”un rəhbəri Nahid Emiloğlu APA-ya bildirib ki, konsertin biletlərinin qiyməti 15-80 manat arasındadır. “Sənət gecəsi” adı altında keçiriləcək konsertdə Rəmişin qonaqları da olacaq. N. Emiloğlunun sözlərinə görə, həmin gecə Aşıq Ədalət, Aftandil İsrafilov və başqaları Rəmişlə birgə səhnədə çıxış edəcəklər. Konsertdə Rəmişlə sənət dostlarının deyişməsi də təşkil olunacaq. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR