Bank Of Baku

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 80-ci teatr mövsümünü başa vurub

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 80-ci teatr mövsümünü başa vurub
# 03 iyul 2008 12:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 80-ci teatr mövsümünün bağlanış mərasimi keçirilib. APA-nın məlumatına görə, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən mövsümün bağlanışında teatrın direktoru, əməkdar artisti Mübariz Həmidov, xalq artisti Firəngiz Şərifova çıxış ediblər. Bağlanışda xalq şairi S. Rüstəmin “Çimnaz xanım yuxudadır” komediyası nümayiş etdirilib. Tamaşda xalq artisti Yasin Qarayev, əməkdar artist Naibə Allahverdiyeva, artistlərdən Vahid Əliyev, Atabala Səfərov, Elşən Rüstəmov, Elnur Hüseynov, Günel Məmmədovas əsas rolları ifa ediblər. Teatrın yeni 81-ci mövsümünün açılışının bu ilin sentyabrında əsaslı təmir olunan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR