Bank Of Baku

“Qala” filmi Milli Kino Günündə təqdim olunacaq

“Qala” filmi Milli Kino Günündə təqdim olunacaq
# 04 iyul 2008 12:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Avqustun 2-də Azərbaycan kinosunun yaranmasının 110 illiyi qeyd olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Almaz Sultanzadə APA-ya deyib ki, avqustun 2-də Milli Kino Günü münasibətilə bir sıra tədbirlər keçiriləcək. Onun sözlərinə görə, avqustun 2-də “Azərbaycan” kinoteatrının qarşısında Azərbaycan kino salnaməsini əks etdirən fotolardan ibarət sərgi təşkil olunacaq. Həmin gün eləcə də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən veteran kino xadimlərinə mükafatlar təqdim olunacaq. A. Sultanzadə deyib ki, həmin gün “Qala” filminin premyerasının keçirilməsi də nəzərdə tutulub. Ramiz Rövşənin ssenarisi əsasında çəkilən filmin rejissoru Şamil Nəcəfzadə, operatoru Kənan Məmmədov, rəssamları Arif Məhərrəmov və Əziz Məmmədovdur. Filmdə baş rolları xalq artistləri Rasim Balayev və Firəngiz Mütəllibova canlandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR