Bank Of Baku

Dövlət Xalçaçılıq Muzeyinə XII və XIII əsrlərə aid rəngli kətan parçası təqdim olunub

Dövlət Xalçaçılıq Muzeyinə XII və XIII əsrlərə aid rəngli kətan parçası təqdim olunub
# 04 iyul 2008 15:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Lətif Kərimov adına Azərbaycan Dövlət Xalça və Xalçaçılıq Muzeyinə XII və XIII əsrlərə aid rəngli kətan parçası təqdim olunub. Bu barədə APA-ya məlumat verən muzeyin direktoru Röya Tağıyeva deyib ki, bu qədim kətan parça nümunələri Qardaşxan Alsanov və Bəhlul İbrahimov tərəfindən Xaraba Gilanda 1979-cu ildə aşkar olunub. Bundan əlvaə muzeyə bizim eradan əvvəl VIII-VI-cı əsrlərə aid üç bürünc bilərzik, iki bürünc düymə, üç bürünc üzük də təqdim olunub. Ordubad rayonunda yerləşən Muncuqlutəpə adlı bir yerdə aşkar olunan bu tapıntılar tarixi elmlər namizədi Solmaz Qaşqay tərəfindən muzeyə təhfil verilib. R.Tağıyevanın sözlərinə görə, muzeyə eyni zamanda Tufan Axundov tərəfindən Cəlilabadın Polutəpə rayonundan tapılan IX-X əsrlərə aid çəhrayı gildən düzəldilmiş əl işi də təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR