Bank Of Baku

Lənkəran teatrı Gürcüstandan qastrol səfərindən qayıdıb

Lənkəran teatrı Gürcüstandan qastrol səfərindən qayıdıb
# 05 iyul 2008 08:06 (UTC +04:00)
Lənkəran. Ağaddin Babayev-APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası iyunun 28-dən iyulun 3-dək qonşu Gürcüstanda qastrol səfərində olub. Teatrın direktoru İslam Həsənovun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, yaradıcı kollektiv Üzeyir Hacıbəyovun felyetonları, hekayələri və pamfletləri əsasında teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Baba Rzayevin səhnələşdirdiyi və quruluş verdiyi “Olanlardan-keçənlərdən” komediyasının tamaşası ilə əvvəlcə Kutaisi Dövlət Opera və Balet Teatrının səhnəsində çıxış edib. Daha sonra bu tamaşa həmçinin azərbaycanlıların kompakt yaşadığı Marneuli, Qardabani və Dmanisi rayonlarında da nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR