Bank Of Baku

Berlində “Müasir Azərbaycan incəsənəti” adlı sərgi nümayiş etdiriləcək

Berlində “Müasir Azərbaycan incəsənəti” adlı sərgi nümayiş etdiriləcək
# 07 iyul 2008 10:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Berlində “Müasir Azərbaycan incəsənəti” adlı sərgi nümayiş etdiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin təsviri incəsənət və dekorativ sənət sektorunun müdiri Leyla Axundzadə məlumat verib. O bildirib ki, iyulun 14-də açılacaq sərgidə rəngkarlıq, heykəltəraşlıq, videoart nümunələri və fotoların nümayişi nəzərdə tutulub. Avqustun 10-na kimi davam edəcək sərgidə rəngkarlar Vüqar Muradov və Nicat Nəcəfov, heykəltəraşlar Mahmud və Teymur Rüstəmovlar, fotoqarflar Orxan Əsədov, Rəna Əfəndi və Sənan Ələsgərovun əsərləri sənətsevərlərin ixtiyarına veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR