Bank Of Baku

Kamera Teatrı Türkiyədə beynəlxalq teatr festivalında iştirak edəcək

Kamera Teatrı Türkiyədə beynəlxalq teatr festivalında iştirak edəcək
# 07 iyul 2008 12:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Kamera Teatrının kollektivi Türkiyədə keçiriləcək beynəlxalq teatr festivalında iştirak edəcək. Teatrın aktoyru, əməkdar artist Şövqü Hüseynov APA-ya deyib ki, festival bu ilin sentyabrında Türkiyənin Samsun şəhərində keçiriləcək. Bu günlərdə isə teatr truppası Cəlilabad rayonuna qastrol səfərinə gedəcək. Səfər zamanı yaradıcı kollektiv “Hekayəti xırs-quldurbasan” tamaşası ilə çıxış edəcəklər. Ş. Hüseynov yeni mövsümdə onlara işləmək üçün bina ayıracaqlarını ümid etdiyini bildirib: “Ümid edirik ki, bizə yer ayrılacaq və yeni mövsümdə işləmək üçün yerimiz olacaq. Çünki belə çətin durumda yaradıcı insan üçün fəaliyyət göstərmək çətindir. Bizə isə ümid etməkdən başqa heç nə qalmır. Təki ümidimiz özünü doğrultsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR