Bank Of Baku

Fərhad Bədəlbəyli: “Gəncəyə köçəcəyimi deyəndə düşünürdüm ki, qocalmışam”

Fərhad Bədəlbəyli: “Gəncəyə köçəcəyimi deyəndə düşünürdüm ki, qocalmışam”
# 07 iyul 2008 14:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Ümid edirik ki, sentyabrın 18-i Musiqi Günündə Üzeyir Hazıbəyovun adı Bakı Musiqi Akademiyasına qaytarılacaq”. Bu sözləri APA-ya açıqlamasında Bakı Musiqi Akademiyasının (BMA) rektoru, xalq artisti Fərhad Bədəlbəyli deyib. F. Bədəlbəyli BMA-nın binasında aparılan əsaslı təmirin gözlənildiyindən daha gec başa çatacağını bildirib: ”Biz Musiqi Günü üçün binamızın əsaslı təmirdən sonra açılışını nəzərdə tutmuşduq. Ancaq bu zamana kimi təmir başa çatmayacaq. Çünki həm binada, həm də Opera Studiyasında əsaslı təmir işləri aparılır. Çox güman ki, binadakı əsaslı təmir işləri oktyabr üçün yekunlaşacaq”. Ötən il 60 yaşından sonra Gəncədə yaşayacağını deyən F. Bədəlbəyli, artıq bu fikirdən imtina edib: “Həmin vaxt mən qocaldığımı hesab edirdim, ancaq indi görürəm ki, qocalmamışam. Hələ görüləsi işlərim və həyata keçiriləsi planlarım çoxdur. Təmir bitdikdən sonra çoxsaylı beynəlxalq festivalların keçirilməsini planlaşdırırıq. Eyni zamanda Bakı Musiqi Akademiyasına xarici mütəxəssisləri cəld edəcəyik. Hazırda İtaliya ilə danışıqlar aparırıq ki, vokalçılarımızın orada təhsil almasına kömək edək. Hansı ölkədə güclü və öz sənətinin biliciləri varsa onlar akademiyamızda dərs deyəcək. İtaliyada tanınmış nəfəs alətləri professorlarını, Almaniyadan skripka və violençel mütəxəssislərini Bakı Musiqi Akademiyasına cəlb etmək fikrindəyik. Bu binanı tələbələrimiz üçün səhmana salırıq. Əgər həmin binada həyat olmayacaqsa, o zaman bütün bunlar nəyə lazımdır?”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR