Bank Of Baku

Azərbaycanda IV Müəllif Mahnı Festivalı keçirilir

Azərbaycanda IV Müəllif Mahnı Festivalı keçirilir
# 08 iyul 2008 14:34 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycanda IV Müəllif Mahnı Festivalı keçirilir. Azərbaycan Dövlət Mahnı Teatrından APA-ya verilən məlumata görə, festival çərçivəsində Azərbaycan, Rusiya, Gürcüstan və İsrailin məşhur bard ifaçılarının çıxışı nəzərdə tutulub. Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində Samir Rəcəbov, İrina Paraşina, Eldar Əsədov, Elxan Çələbi, Murad Volkov, Andrey Kolyabin, İbrahim İbrahimov, Cavid İmamverdiyev, Andrey Ofiserov çıxış edəcək. İyulun 6-da başlayan festivalın bağlanış mərasimi iyulun 10-da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR