Bank Of Baku

Muzey Mərkəzində “Qalereya idarəetməsinin əsasları” mövzusunda treninq keçirilib

Muzey Mərkəzində “Qalereya idarəetməsinin əsasları” mövzusunda treninq keçirilib
# 09 iyul 2008 08:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Muzey Mərkəzində “Qalereya idarəetməsinin əsasları” mövzusunda treninq keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bölgələrdə fəaliyyət göstərən qalereyaların vəziyyətini qeyri-qənaətbəxş qiymətləndirib. Nazir müavininin sözlərinə görə, hazırda regionlardakı qalereyalar heç bir təşəbbüs irəli sürmür və tədbirlər keçirməkdə maraqlı deyil: “Bu gün heç bir rayonumuzdakı qalereya rəhbərliyi maraqlı layihə ilə bizim qapımızı döymür. Ümumiyyətlə tədbirlərin keçirilməsinə maraqlı deyillər. Qalereyada saxlanılan əsərlərin hansı formada qorunduğu da məni narahat edir. Bərpa edilməyə ehtiyacı olan əsərlərin Bakıya gətirilməsi və Bərpa Mərkəzində təmir olunması lazımdır”. Ə. Vəliyev Xaçmaz rayonu qalereyasına yeni direktor təyin olunduğunu da vurğulayıb. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin təsviri və dekorativ sənət sektorunun müdiri Leyla Axundzadə, Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunun direktoru Elçin Orucov, nazirliyin mətbuat xidmətinin baş məsləhətçisi Zöhrə Əliyeva, Azərbaycan Dövlət İncəsənət Muzeyinin baş mühafizəçisi Nailə Rəhimova qalereyaların fəaliyyəti və gələcəkdə həyata keçirilməsi vacib olan layihələr barədə məruzə ilə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR