Bank Of Baku

İrəvan Dövlət Dram Teatrı “Körpü” tamaşası ilə Gürcüstanın Tiflis və Batumi şəhərlərində çıxış edəcək

İrəvan Dövlət Dram Teatrı “Körpü” tamaşası ilə Gürcüstanın Tiflis və Batumi şəhərlərində çıxış edəcək
# 09 iyul 2008 13:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İrəvan Dövlət Dram Teatrı “Körpü” tamaşası ilə Gürcüstanın Tiflis və Batumi şəhərlərində çıxış edəcək. Teatrın direktoru İftixar Piriyev APA-ya deyib ki, onun eyniadlı pyesi əsasında hazırlanmış tamaşanın rejissoru Vaqif Əsədov, rəssamı Nazim Bəykişiyev, bəstəkarı Cavanşir Quliyevdir. Tamaşada teatrın aktyorları ilə yanaşı, Rus Dram Teatrı, Gənclər Teatrı, Gənc Tamaşaçılar Teatrı, Sumqayıt Dövlət Musiqili Dram Teatrı, Dağıstan və Gürcüstan aktyorları da iştirak edir. Hazırda isə teatrın yaradıcı kollektivi Qax, Göyçay, Ağdaş, Mingəçevirdə qastrol səfərindədir. Səfər çərçivəsində yaradıcı truppa Ağarəhim Rəhimovun “Əsgər anası” tamaşasını nümayiş etdirirlər. Bu ayın sonuna kimi kollektiv eyni tamaşa ilə İsmayıllı, Şəki və Qəbələdə də çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR