Bank Of Baku

“Şərur yallısı” Yunanıstanda keçirilən beynəlxalq rəqs simpoziumunda nümayiş etdirilib

“Şərur yallısı” Yunanıstanda keçirilən beynəlxalq rəqs simpoziumunda nümayiş etdirilib
# 09 iyul 2008 14:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Yunanıstanın paytaxtı Afinada UNESCO-nun xətti ilə XXII beynəlxalq rəqs simpoziumu keçirilib. Simpoziumda ilk dəfə olaraq Azərbaycan da təmsil olunub. Bu barədə APA-ya simpoziumda ölkəmizi təmsil edən Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru Gülnaz Abdullayeva məlumat verib. Onun sözlərinə görə, bu ilki simpozium milli rəqslərlə bağlı olub: “Simpoziumda dünyanın bir çöx ölkələri, eyni zamanda Afrika, Hindistan, Amerikadan da mütəxəssislər iştirak edib. Bir neçə gün davam edən tədbirdə hər xalqın nümayəndəsi öz milli rəqsini nümayiş etdirib. Orada iştirak edən alimlər məruzə ilə, rəqqaslar ilə rəqslə milli rəqsləri haqda simpozium iştirakçılarını məlumatlandırıblar. Ancaq Azərbaycanda təkcə mən alim qismində həmin simpoziumda iştirak edirdim”. G. Abdullayeva deyib ki, simpoziumda “Azərbaycan folklor rəqslərinin bəzi xüsusiyyətləri” adlı məruzə ilə çıxış edib. Məruzə edərkən isə böyük ekranda Azərbaycanın milli rəqsi olan “Şərrrur yallısı” nümayiş etdirilib: “Hər bir ölkə təmsilçisi rəqqaslarla milli rəqslərini göstərsələr də, mən bunu canlı şəkildə göstərə bilmədim. Çünki bu addımımı Mədəniyyət və Turizm Nazirliyi dəstəkləmədi. Çox istərdim ki, bu məsələyə ciddi baxılsın. Bu gün bizim milli rəqslərimizin bədnam qonşularımızın tərəfindən oğurlanması da məhz bu cür laqeyd münasibətdən irəli gəlir. Əgər biz dünya ictimaiyyəni milli rəqslərimizlə tanış etsək bu cür hallar da baş verməz”. BMA prorektoru bu məsələyə laqeyd yanaşılmamaq və gələn ildə keçirilən bu simpoziumda Azərbaycanın layiqli təmsil olunması üçün Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya müraciət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR