Bank Of Baku

Bakıda alman rejissor Fayt Helmerin “Absurdistan” filminin təqdimatı keçirilib

Bakıda alman rejissor Fayt Helmerin “Absurdistan” filminin təqdimatı keçirilib
# 10 iyul 2008 10:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün ”Azərbaycan” kinoteatrında alman rejissoru Fayt Helmerin Lahıcda və Şəkidə çəkdiyi “Absurdistan” filminin təqdimatı keçirilib. APA-nın məlumatına görə, filmdəki hadisələr Asiya və Avropa arasında olan naməlum bir yerdə yerləşən sehrli Absurdistan kəndində baş verir. Kəndin ən böyük dərdi su problemidir. Kəndin qadınları üçün isə ən böyük problem vəziyyəti dəyişmək üçün barmaqlarını belə tərpətməyən tənbəl kişilərdir. Filmin baş qəhrəmanları uşaqlırdan dost olan iki gənc Aya (Kristina Malerova) və Temelko (Maksimilian Mauff) dostluqlarının məhəbbətə çevrildiyi yaş həddinə gəlib çatdıqdan sonra bir-birilərini sevməyə başalyırlar. Ttəqdimat mərasimində çıxış edən rejissor Fayt Helmer 10-dan çox ölkənin müxtəlif kənd və qəsəbələrində aparılan axtarışlar nəticəsində Şəki və Lahıcı filmin çəkiş meydanı kimi seçdiyini deyib. Filmin çəkiliş qrupu 16-dan çox ölkənin nümayəndələrindən ibarətdir. Azərbaycan aktyorlarından Nurəddin Quliyev, Kazım Abdullayev, Ədalət Ziyadxanov, Elxan Quliyev, Hicran Nəsirova, Firəngiz Babayeva, Mətanət Atakişiyeva, Rafiq Əzimov, Yelena Spitsına və başqaları filmə çəkilib. Filmin dünya premyerası “Sundance” kinofestivalında, Avropa premyerası iyunda Moskvada keçirilən Beynəlxalq Kino Festivalının müsabiqə proqramında olub. “Absurdistan” filmi Bavariya Dövlət Film Mükafatına və ən yaxşı quruluş dizaynına görə Alman Kino Mükafatına layiq görülüb. Qeyd edək ki, film iyulun 11-də Akademik Dövlət Opera və Balet Teatrında, 12-də Lahıcda, 13-də Şəkidə, 14-də Mingəçevirdə, 15-də Gəncədə, 16-da isə Lənkəranda nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR