Bank Of Baku

Şəkinin XIX əsr mehmanxana binasında bərpa işləri aparılır

Şəkinin XIX əsr mehmanxana binasında bərpa işləri aparılır
# 10 iyul 2008 11:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyin sifarişi ilə Şəki şəhərindəki XIX əsr mehmanxana binasında (Nakam adına kitabxana) bərpa işlərinə başlanılıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, bina qəza vəziyyətində olduğundan 4 saylı Şəki Elmi-Bərpa İstehsalat İdarəsi tərəfindən abidədə bərpa işlərinin aparılmasına qərar verilib. Abidənin dam örtüyünün, fasadının, qapı-pəncərələrinin, döşəməsinin bərpası, həmçinin abidənin kitabxana kimi fəaliyyət göstərməsi üçün uyğunlaşdırma işlərinin aparılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR