Bank Of Baku

Azərbaycan Dövlət Musiqili Komediya Teatrında yeni quruluşda hazırlanan “O olmasın, bu olsun” tamaşasının premyerası keçirilib

Azərbaycan Dövlət Musiqili Komediya Teatrında yeni quruluşda hazırlanan “O olmasın, bu olsun” tamaşasının premyerası keçirilib
# 10 iyul 2008 14:29 (UTC +04:00)
Bakı. Roza Heydərova-APA. Bu gün Azərbaycan Dövlət Musiqili Komediya Teatrında yeni variantda səhnəyə qoyulmuş Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” (“Məşədi İbad”) əsəri əsasında hazırlanmış eyni adlı iki hissəli operettanın premyerası keçirilib. APA-nın məlumatına görə, bu əsər teatrın səhnəsində dəfələrlə səhnələşdirib və 1998-ci ildə tamaşada Məşədi İbad rolunu mərhum xalq artisti Hacıbaba Bağırov canlandırıb. Yeni quruluşda səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Cənnət Səlimova, quruluşçu dirijoru Nazim Hacıəlibəyov, rəssamı İsmayıl Məmmədov, balemeystlər Zakir Ağayev və Yelena Ağayevadır. Əməkdar artist Ramiz Məmmədovun Məşədi İbad rolunu canlandırdığı tamaşada digər rollarda Fərid Əliyev, Ramil Qasımov, Ələkbər Əliyev, İnarə Babayeva, Nərgiz Kərimova, Afaq Bəşirqızı, Arif Quliyev, Elçin Həmidov və başqaları çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR