Bank Of Baku

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi cənub bölgəsinə qastrola gedəcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi cənub bölgəsinə qastrola gedəcək
# 14 iyul 2008 09:05 (UTC +04:00)
Bakı. Roza Heydərova-APA. Aprelin 16-19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Azərbaycanın cənub bölgəsində qastrol səfərində olacaq. Teatrdan APA-ya verilən məlumata görə, səfər çərçivəsində yaradıcı kollektiv Biləsuvar, Cəlilabad, Astara, Lerik, Yardımlı, Masall və Lənkəranda Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır” komediyası ilə çıxış edəcəklər. Tamaşada əsas rolları xalq artisti Yasin Qarayev, əməkdar artist Naibə Allahverdiyeva, artistlərdən Atabala Səfərov, Elşən Rüstəmov, Elnur Hüseynov , Günel Məmmədova, İlham Əsədov canlandıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR