Bank Of Baku

Həmyerlimiz Elçin Əzizov Böyük Teatrda çalışacaq

Həmyerlimiz Elçin Əzizov Böyük Teatrda çalışacaq
# 15 iyul 2008 11:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş üzvü Elçin Əzizov Moskvada Böyük Teatra (“Bolshoy Teatr”) işə qəbul olunub. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva məlumat verib. Onun sözlərinə görə, E. Əzizov Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2007-ci ildə yarım il müddətində Qalina Vişnevskayanın opera məktəbində
dərs alaraq sınaq müddəti keçib. Sınaq müddətini uğurla başa vurduqdan sonra isə azərbaycanlı solist Böyük Teatra işə qəbul olunub. Qeyd edək ki, E. Əzizov bir sıra beynəlxalq festivallar və müsabiqələrin iştirakçısıdır. Hazırda Bakıda olan solist avqustun əvvəllərində Moskvaya gedəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR