Bank Of Baku

Müslim Maqomayev Moskvada müalicə olunur

Müslim Maqomayev Moskvada müalicə olunur
# 15 iyul 2008 14:34 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. SSRİ xalq artisti Müslim Maqomayev Moskvanın elit klinikalarından birində müalicə olunur. APA-nın “Moskovskiy Komsomolets” qəzetinə istinadən məlumatına görə, sənətçi və onun xanımı, SSRİ xalq artisti Tamara Sinyavskaya üçün kardioloji şöbədə ayrıca xüsusi palata ayrılıb. Ürəyin işemik xəstəliyi və damarların aterosklerozundan əziyyət çəkən görkəmli sənətkara aparılmış müayinə əsasında intensiv müalicə kursu təyin olunub, əməliyyat olunması barədə hələ ki, söhbət getmir. Müalicə kursuna ciddi pəhriz, fiziki hərəkətlər, fizioterapiya, dərmanların qəbulu daxildir. Qəzetin bildirdiyinə görə, məşhur cütlük klinikada ən azı bir həftə qalacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR