Bank Of Baku

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının balet truppası Türkiyədə Dədə Qorqud festivalında iştirak edəcək

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının balet truppası Türkiyədə Dədə Qorqud festivalında iştirak edəcək
# 15 iyul 2008 14:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının balet truppası Türkiyəyə səfər edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya deyib ki, səfərdə məqsədi iyul ayının 16-dan 20-dək Türkiyənin Bayburt şəhərində ənənəvi “Dədə Qorqud” festivalında iştirak etməkdir. Artıq ənənəvi olaraq Bayburt şəhərinin Masad kəndində təşkil olunan bu festivalda dünyanın müxtəlif ölkələrindən yaradıcı kollektivlər iştirak edir. Bayburtluların böyük həvəslə gözlədikləri və hər il yüksək təşkilatçılıqla keçirilən festivalda əvvəlki illərdə ölkəmizi Dövlət Rəqs Ansamblı, Dövlət Mahnı və Rəqs Ansamblı, “Göy-göl” Mahnı və Rəqs Ansamblı, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı və başqa kollektivlər layiqincə təmsil ediblər. Bu il isə adıçəkilən festivalda Respublikamızı Dövlət Musiqili Komediya Teatrının balet truppası, həmçinin əməkdar artist Xanım Qafarova və gənc ifaçı Ramil Qasımovun daxil olduğu 20 nəfərlik heyət təmsil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR