Bank Of Baku

Sankt-Peterburqda MDB dövlətləri üçün muzey idarəetməsi sahəsində treninq keçirilib

Sankt-Peterburqda MDB dövlətləri üçün muzey idarəetməsi sahəsində treninq keçirilib
# 15 iyul 2008 15:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sankt-Peterburq şəhərində UNESCO-nun Moskva bürosunun və İKOM-un Rusiya Milli Komitəsinin təşkil etdiyi MDB dövlətləri üçün muzey idarəetməsi sahəsində treninq keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya bildirilib ki,
treninqdə mədəniyyət siyasəti şöbəsinin muzey işi sektorunun aparıcı məsləhətçisi M. Vahabova və Azərbaycan İstiqlal Muzeyinin direktoru F. Şəmsi iştirak ediblər. Treninq UNESCO-nun Moskva bürosunun maliyyə və təşkilatı dəstəyi ilə keçirilib. Respublika muzeylərinin beynəlxalq əlaqələrinin genişləndirilməsi məqsədilə Azərbaycan da bu treninqə qatılıb. Treninqlər Dövlət Ermitajında, Rusiya Etnoqrafik Muzeyində, Rus Muzeyində və Rusiya Elmlər Akademiyasının Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya Muzeyində keçirilib. Altı gün ərzində 40 mühazirə dinlənilib və praktiki məşğələlər keçirilib. Treninq iştirakçıları üçün müasir muzeylərin bir sıra sahələri və aspektləri o cümlədən professional etika problemləri, təhlükəsizliyin təmin edilməsi, muzey sənədləşməsinin inkişafı istiqamətləri, elmi təsvir, kolleksiyaların mühafizəsi və konservasiyası məsələləri üzrə müzakirələrin aparılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR