Bank Of Baku

Vaxtanq Kikabidze: “Bakını və azərbaycanlıları çox sevirəm”

Vaxtanq Kikabidze: “Bakını və azərbaycanlıları çox sevirəm”
# 16 iyul 2008 15:42 (UTC +04:00)
APA-nın məlumatına görə, bu gün Bakı-Moskva-Tiflis videokörpüsündə çıxış edən sənətçi bildirib ki, yubileyi ilə bağlı oktyabrın 5-də Moskvanın Qurultaylar Sarayında tədbirlərə start veriləcək. Daha sonra sənətçi Sankt-Peterburq, Bakı, Astana, Krasnoyarsk və digər şəhərlərə qastrola çıxacaq. Yubiley tədbirləri dekabrda Kikabidzenin vətəni Tiflisdə 3 konsert proqramı ilə yekunlaşacaq. V. Kikabidze Bakını və azərbaycanlıları çox sevdiyini, Tiflisdən sonra yaşamaq istədiyi ikinci şəhərin Bakı olduğunu deyib. Videokörpüdə iştirak edən digər tanınmış müğənni Nani Breqvadze də Azərbaycanı çox sevdiyini, dəfələrlə burada konsert verdiyini deyib. O, dəvət olunacağı təqdirdə Bakıda yubiley konserti verməyə hazır olduğunu qeyd edib. Videokörpü iştirakçıları yubilyarların yaradıcılığına böyük qiymət verib, onları Gürcüstanın siması adlandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR