Bank Of Baku

Lətifə Fətullayevanın “Ave Mariya” mahnısına çəkdirdiyi klipin təqdimat mərasimi keçirilib

Lətifə Fətullayevanın “Ave Mariya” mahnısına çəkdirdiyi klipin təqdimat mərasimi keçirilib
# 17 iyul 2008 14:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti Xuraman Qasımovanın tələbəsi Lətifə Fətullayevanın “Ave Mariya” mahnısına çəkdirdiyi klipin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, klipin rejissoru Fuad Əlişov, operatoru Nadir Mehdiyevdir. Bakı Musiqi Akademiyasının III kurs tələbəsi olan L. Fətullayeva 2004-cü ildən etibarən bir sıra dövlət tədbirlərində də iştirak edir. Klipin süjet xətti müxtəlif dinlərinə mənsub iki gəncin sevgisindən bəhs edir. F.Əlişov deyib ki, daha sonra iki gənc arasında dini problemlər başlayır. Hər bir dinin qanunlarında düzgün addım atmaq üçün istiqamətlərin göstərildiyini deyən rejissor elə klipdə də bunu göstərməyə çalışıb. Klipin əvvəlində və sonunda isə rejissor azandan və namaz qılan oğlandan istifadə edib. Təqdimat mərasimində xalq artistiləri İlhamə Quliyeva, Nəriman Məmmədov, bəstəkar Tahir Əkbər, xanəndə Teymur Mustafayev, qarmon ifaçısı Aftandil Israfilov, şair Baba Vəziroğlu, xalq artistləri Fuad Poladov və başqaları Lətifə Fətullayevaya uğurlar arzulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR