Bank Of Baku

“Mixaylo”nun sevgilisi Anjelika sağdır

“Mixaylo”nun sevgilisi Anjelika sağdır
# 18 iyul 2008 12:10 (UTC +04:00)
Filmin quruluşçu rejissoru Tahir Əliyev APA-ya verdiyi açıqlamada filmin montaj prosesində olduğunu bildirib. Filmin çəkilişləri Avstriya, Sloveniya, İtaliya və Bakıda aparılıb. Filmin ssenari müəllifi İntiqam Qasımzadə, operatoru Elşən Əliyev, bədii rəhbəri Tofiq Məmmədovdur: “Filmin çəkilişləri üç aya yaxın müddətdə aparılıb. 40 dəqiqəlik film üç hissədən ibarətdir. Mehdinin sevdiyi Anjelika indi də sağdır və biz onu ilk dəfə Azərbaycan tamaşaçısı ilə görüşdürəcəyik. Eləcə də filmdə onların bir yerdə çəkdirdiyi şəkillərdən də istifadə etmişik. Sloveniyada olarkən Mehdi Hüseynzadənin ayağı dəyən hər yerə getdik”. Film Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” sənədli filmlər studiyasının sifarişi ilə çəkilib. Rejissor deyib ki, film montojdan sonra sifarişçi studiyaya təqdim olunacaq. Filmin noyabrda Mehdi Hüseynzadənin 90 illik yubileyi ərəfəsində təqdimatı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR