Bank Of Baku

“Hökmdarın taleyi” filminin Gəncədə premyerası keçiriləcək

“Hökmdarın taleyi” filminin Gəncədə premyerası keçiriləcək
# 21 iyul 2008 10:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İyulun 23-də Gəncədə İlyas Əfəndiyevin “Hökmdar və qızı” faciəsi əsasında Elçin Əfəndiyevin ssenariləşdirdiyi “Hökmdarın taleyi” filminin premyerası keçiriləcək. “A.S.V.A Profi Studia XXI” Prodüser Mərkəzinin və filmin baş prodüseri Vaqis Əsədullayev APA-ya deyib ki, premyera Mədəniyyət və Turizm Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə gerçəkləşəcək. Bununla əlaqədar sabah Vaqif Əsədullayev, filmin baş rol ifaçısı, xalq artisti Fəxrəddin Manafov, Günəş Əliyeva və Əli Cəfərov Gəncəyə gedəcəklər. Qeyd edək ki, filmin baş prodüseri Vaqif Əsədullayev, quruluşçu rejissorları Ramiz Fətəliyev və Dilşad Fatxulin, quruluşçu operatoru Dilşad Fatxulin, bəstəkarı isə Polad Bülbüloğludur. Filmdə xalq artisti Fəxrəddin Manafov İbrahim xan rolunu canlandırıb. Filmdə Məmməd Səfa, Kamran Yunus, Vidadi Həsənov, Günəş Əliyeva, Aysu Əfəndiyeva, Yuri Bariyev, Mehriban Zəki, Sənubər İsgəndərli, Manaf Dadaşov, Muxtar İbadov, Leyli Hüseynli, Əli Cəfərov, Rusiyalı aktyorlar Daniil Spivakovskiy, Aleksandr Qalibin, İlyar Şakunov, tacik aktyor Saydo Qurbanov və başqaları çəkilib. Film “Mosfilm”in nəzdində fəaliyyət göstərən “Ton studio”da Azərbaycanda bu günə kimi istifadə edilməyən “5+1” Dolbi Stereo sistemində çəkilib. Filmin süjet xəttinin əsasını Azərbaycan xanlıqlarının azadlıq mübarizəsi, XIX əsrin əvvəllərindəki tarixi hadisələr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR