Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İranda səfərdədir

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İranda səfərdədir
# 21 iyul 2008 11:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nazirliyin nümayəndə heyəti İran İslam Respublikasına səfər edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya deyib ki, səfər İran İslam Respublikası prezidentinin müşaviri, Mədəniyyət və İslam əlaqələri Təşkilatının sədri Mehdi Mustəfəvinin dəvəti ilə baş tutub. Səfər iyulun 27-nə kimi davam edəcək. Ə.Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətində nazirliyin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev, kinematoqrafiya şöbəsinin Milli filmlərin istehsalı sektorunun müdiri Cəmil Fərəcov, Turizm şöbəsinin xarici turizm sektorunun müdiri Mahir Qəhrəmanov və beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun məsləhətçisi Vasif Eyvazzadə daxildir. Səfər çərçivəsində İranda Azərbaycan Mədəniyyət Günlərinin və Azərbaycanda İran Mədəniyyət Günlərinin keçirilməsi, iki ölkə arasında mədəniyyət, incəsənət, kino, reklam, kitabxana və turizm sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur. Ə. Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İran İslam Respublikası prezidentinin müşaviri, Mədəniyyət və İslam əlaqələri Təşkilatının sədri M.Mustəfəvi və İran İslam Respublikasının Vitse-prezidenti, Mədəni İrsin Qorunması və Turizm Təşkilatının rəhbəri İsfəndiyar Rəhim Məşayi, həmçinin digər rəsmi şəxslərlə görüşləri planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR