Bank Of Baku

Sumqayıtda “Xəzərin sahilində” beynəlxalq rok festivalı keçiriləcək

Sumqayıtda “Xəzərin sahilində” beynəlxalq rok festivalı keçiriləcək
# 22 iyul 2008 15:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sumqayıtda “Xəzərin sahilində” ənənəvi beynəlxalq rok festivalı keçiriləcək. Bu barədə APA-ya Sumqayıt şəhər icra hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev məlumat verib. Festival Sumqayıt şəhər İcra Hakimiyyəti, İctimai Televiziya və RadioYayımları Şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq. Yerli və əcnəbi rok musiqi ifaçılarının iştirakı ilə “Xəzərin sahilində” adlı beynəlxalq festivalın keçirilməsində məqsəd istedadlı rok ifaçılarına və qruplara geniş auditoriya qarşısında çıxış imkanının verilməsi, xarici tanınmış rok musiqi qruplarının dəvət olunması ilə yerli rok ifaçılarının peşəkarlığının artırılması, Azərbaycanda alternativ musiqi janrının inkişaf etdirilməsi və ölkəmizin musiqi mədəniyyətinin beynəlxalq aləmdə təbliğ edilməsidir. T. Vəliyev deyib ki, bütün bunlarla yanaşı, şəhərin ictimai-mədəni həyatının canlanması son zamanlar Sumqayıtın ekoloji vəziyyəti ilə əlaqədar yaranmış dezinformasiyanı ifşa etməyə, erməni təxribatı nəticəsində adı xoşagəlməz hadisələrdə hallanan şəhərimizin mədəni dəyərlərinin beynəlxalq aləmdə daha düzgün təbliğatına imkan verəcək. Festival 6-7 sentyabr tarixlərində keçiriləcək. Festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran, Almaniya, Finlandiya rok ustaları iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR