Bank Of Baku

Xalq rəssamı Toğrul Nərimanbəyov haqqında film çəkiləcək

Xalq rəssamı Toğrul Nərimanbəyov haqqında film çəkiləcək
# 22 iyul 2008 15:23 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun həyat və yaradıcılığından bəhs edən “Toğrul” tammetrajlı sənədli filmi çəkiləcək. Filmin ssenari müəllifi Möhbəddin Səməd APA-ya açıqlamasında çəkilişlərin Azərbaycan, Fransa, İtaliya və ABŞ-da aparılacağını bildirib: “Biz filmdə Toğrul Nərimanbəyovun mürəkkəb yaradıcılığını açmağa çalışacağıq. O, adı Dünya İncəsənət Ensiklopediyasına düşən yeganə azərbaycanlıdır. Tamaşaçılara Toğrul rəssam, müğənni, şair, bir sözlə, müxtəlif prizmalarda təqdim olunacaq”.
Qeyd edək ki, “Toğrul” filminin rejissoru Oqtay Babazadədir. Filmdə ilin bütün fəsilləri əks olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR