Bank Of Baku

“Olonxo torpağında UNESCO incilərinin görüşü” adlı festivalda Azərbaycan da təmsil olunub

“Olonxo torpağında UNESCO incilərinin görüşü” adlı festivalda Azərbaycan da təmsil olunub
# 22 iyul 2008 15:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Saxa (Yakutiya) Respublikasının Yakutsk şəhərində “Asiyanın uşaqları” IV Beynəlxalq idman oyunları “Olonxo torpağında UNESCO incilərinin görüşü” adlı festival keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya deyib ki, festivalda ölkəmizi Bakı şəhəri Şaroyev adına 35 nömrəli musiqi məktəbinin direktoru Yusif Vəliyevin rəhbərliyi ilə məktəbin şagirdləri Çinarə Abbasova, Elçin Abdullayev və Emin Sadıqlı təmsil ediblər. Festivalın açılış mərasimində təmsilçimiz Çinarə Abbasova “Qatar” muğamını ifa edib. “Arçı Diete” evində Seuldan gəlmiş musiqiçilərlə görüşdə isə qrupumuz tərəfindən “Sarı gəlin” və “Qaraba𔝠mahnıları təqdim olunub. “Olonxo torpağında UNESCO incilərinin görüşü” adlı böyük konsert Saxa Teatrının konsert salonunda keçiriliib. Konsertin açılışında Saxa (Yakutiya) Respublikasının mədəniyyət və mənəvi inkişaf naziri Andrey Borisov bu festivalın ilk dəfə keçirildiyini deyib. Festivalda Yaponiya, Koreya, Monqolustan, Buryatiya, Azərbaycan, Türkiyə, Qırğızıstan və Saxadan musiqiçilər iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR