Bank Of Baku

Xalq artisti Ramiz Quliyev Almaniyada silsilə konsertlər verəcək

Xalq artisti Ramiz Quliyev Almaniyada silsilə konsertlər verəcək
# 22 iyul 2008 16:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti, tarzən Ramiz Quliyev Almaniyada 10 gün silsilə konsert proqramı ilə çıxış edəcək. Almaniyaya sentyabrda səfər edəcək Ramiz Quliyev APA-ya açıqlamasında bildirib ki, İrandan olan musiqiçilər ilə birgə Almaniyanın müxtəlif şəhərlərində konsertlər verəcək. Azərbaycan və İran musiqiçilərinin birgə konsertləri Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə həyata keçiriləcək. R.Quliyev Almaniyadakı silsilə konsertlərdə “Odlar Yurdu” ansamblı ilə birgə çıxış edəcəyini qeyd edib. Bununla yanaşı, tarzən oğlu Əyyub Quliyevlə birgə dünyanın bir sıra ölkələrində konsertlər verəcəyini vurğulayıb. R. Quliyev onun həyat və yaradıcılığından bəhs edən “Tarzən Ramiz Quliyev” sənədli filminin yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacağını da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR