Bank Of Baku

XX cildlik “Respublika xatirə kitabı”nın VII cildi işıq üzü görüb

XX cildlik “Respublika xatirə kitabı”nın VII cildi işıq üzü  görüb
# 23 iyul 2008 10:32 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə nəşr edilən XX cildlik “Respublika xatirə kitabı”nın VII cildi işıq üzü görüb. Bu barədə APA-ya nəşrin baş redaktoru Nahid Hacızadə məlumat verib. Kitabda II dünya müharibəsi, Polşa, Çexoslovakiya, Əfqanıstan müharibələrində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsində həlak olmuş və itkin düşmüş Azərbaycan vətəndaşları haqqında məlumat yer alıb. N. Hacızadə ensiklopediyanın ildə bir cildinin nəşr olunduğunu və hər cilddə 15-17 min insan haqqında məlumat verildiyini bildirib: “VII cilddə soyadları Ç-Q hərfləri ilə başlayan şəxslər haqqında məlumatlar yerləşdirilib və kitab 2 min tirajla nəşr edilib. Kitab yalnız təmənnasız olaraq həlak olanların ailəsinə paylanır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR