Bank Of Baku

Alim Qasımov: “Yaponların muğama qulaq asıb ağlayacağını gözləmirdim” - FOTOSESSIYA

Alim Qasımov: “Yaponların muğama qulaq asıb ağlayacağını gözləmirdim” - <font color=red>FOTOSESSIYA</font>
# 23 iyul 2008 12:07 (UTC +04:00)
Xalq artisti APA-ya bu konsertin yaradıcılığında yeni bir mərhələ olduğunu bildirib: “Minillik mədəniyyəti olan Uzaq Şərqdə Azərbaycan muğamlarının necə qarşılanacağı özüm üçün də maraqlı idi. Açığı, alqışlar gözləyirdim, amma yaponların ağlaması heç ağlıma gəlməzdi. Onlar öz hisslərini büruzə verməyi xoşlamayan xalqdır, heç yaslarında da ağlamırlar, amma bizim xalq mahnılarımızı, muğamları heyrətlə, göz yaşları ilə qarşıladılar”. Gündoğan ölkədə səhnənin və akustikanın fərqliliyi isə xanəndəni heyrətləndirib: “Səhnədə özümü doğma bir aurada, çox rahat hiss etdim. Texniki tərtibat yüksək səviyyədə idi, ilk avazdan elə bil səsim də açıldı. Musiqimizin Avropada, ABŞ-da təsirini görmüşdüm, amma Yaponiya konserti sanki bir möcüzə idi. Konsertdən sonra yaxınlaşıb tara, kamançaya qiymətli bir əşya kimi baxırdılar”. A. Qasımov bu konsertin biletlərinin 2-3 ay əvvəl satıldığını söyləyib: “Qiymətlər də çox baha olub, amma hamısı satılıb. Azərbaycanın Yaponiyadakı səfiri üçün yalnız bir bilet əldə etmək mümkün olub, onun ailəsi də heç konsertdə iştirak edə bilməyib”. Onu da qeyd edək ki, xanəndənin gələn il Yaponiyada böyük konsert proqramı nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR